QR CodeQR Code

Səudiyyə Ərəbistanında növbəti etiraz dalğası

11 Dec 2012 11:16

IslamTimes - İnsan Hüquqları Müdafiə Təşkilatları Səudiyyə Ərəbistanı zindanlarında 30 mindən çox siyasi məhbus olduğunu bildirib.


"IslamTimes" ərəbdilli KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında siyasi məhbusların azadlığı tələbi ilə aksiya keçirilib. Ciddə şəhərinin şimalında yerləşən Əbu-Cəalə məntəqəsində keçirilən nümayiş iştirakçıları günahsız insanların mühakiməsiz şəkildə həbsdə saxlanmasına etiraz ediblər.

Bəridə şəhəri əhalisi də diktator Ali Səud rejiminin cinayətlərini tənqid edərək, artıq 15 ildir həbsdə olan siyasi məhbus Xalid əl-Rəşidin azadlığa buraxılmasını tələb ediblər.

İnsan Hüquqları Müdafiə Təşkilatları Səudiyyə Ərəbistanı zindanlarında 30 mindən çox siyasi məhbus olduğunu bildirib.


Story Code: 220114

News Link :
https://www.islamtimes.org/az/news/220114/səudiyyə-ərəbistanında-növbəti-etiraz-dalğası

Islam Times
  https://www.islamtimes.org