0
Tuesday 11 December 2012 - 22:20

ABŞ İranın gücü qarşısında çaş-baş qalıb

Story Code : 220404
ABŞ İranın gücü qarşısında çaş-baş qalıb
ABŞ İranın gücü qarşısında çaş-baş qalıb
Islam times.org/az/ - İran Ordu Komandanlarının rəis müavini Briqada Generalı Məsud Cəzayeri deyib: “Amerikalılar bilməlidirlər ki, bizim müdafiə tədbirləri görmək üçün kifayət qədər lazımı qabiliyyətimiz var və onlara məsləhət görürük ki, heç bir səbəb olmadan özləri və başqaları üçün problem yaratmasınlar.”

O əlavə edərək deyib ki, İran onun sərhədlərini pozan hər bir təyyarəni aşkar etməyə və ələ keçirməyə qadirdir və bəzi vaxtlar isə onları beynəlxalq tənzimləmələr çərçivəsində ölkə ərazisini tərk etməyə məcbur edir.

Komandir qeyd edərək bildirib ki, İran alimləri müxtəlif texnalogiyaları müxtəlif sahələrdə istifadə etmək qabiliyyətinə malikdirlər, məxsusən də İrannın ərazilərini qorumaq üçün müdafiə və hərbi sahələrdə.

İran İslam İnqilabının Mühafizə Korpusu 5 dekabrda İranın hava məkanına soxulan ABŞ-ın ScanEagle adlı cəsus təyyarəsini ələ keçirib.

Cəzayeri daha sonra İran hava ərazisini pozan ABŞ-ın pilotsuz təyyarəsinin əslində ABŞ-ın təcavüzkar xislətini ortaya qoymuş olduğunu bildirmiş və bundan sonra ABŞ-ın öz təcavüzkar siyasətindən əl çəkərək region xalqlarının sülh və təhlükəsizlik şəraitində yaşamağa icazə verəcəyinə ümid etdiklərini bildirmişdir.
Source : İslamtimes
Comment