0
Tuesday 11 December 2012 - 22:57

Britaniya zalım rejimlərə silah-sursat satdığı üçün tənqid edilib

Story Code : 220411
Britaniya zalım rejimlərə silah-sursat satdığı üçün tənqid edilib
Britaniya zalım rejimlərə silah-sursat satdığı üçün tənqid edilib
Islam times.org/az/ - 7 Dekabrda Stokholmda İsveç parlamentində sülh mükafatını qəbul etmə mərasimində çıxış edən kompaniya kardinatoru Britaniya hökumətini iki üzlülükdə tənqid etmiş və demişdir ki, Britaniya hökuməti bir tərəfdən insan hüquqlarını müdafiə etdiyini iddia edir, digər tərəfdən də zalım rejimlərə silah-sursat satır.

Qrupun adından 2012-ci il Sağlam Yaşam Mükafatını qəbul edən qrup kordinatoru Anne Marie Oreilly deyib: “Böyük Britnayada istehsal edilən silahlar vasitəsilə dağıntı və qətillərin izi Əfqanıstan və İraqdakı müharibə zamanı açıq-aşkar görünür və tək bununla kifayətlənməyib Qəzzadan Şir Lankaya, Misirdən Şərqi Timura qədər gedib çıxır.”

Oreilly həmçinin Britaniya hökumətini Bəhreynli dinc nümayişçilərə qarşı zorakılıq və qəddarlıq tətbiq edən Manama rejiminə silah-sursat satdığı üçün tənqid edib.

O daha sonra Britaniya baş nazirinin üç günlük Yaxın Şərq regionuna səfərinə toxunmuş və bunun Britaniyanın tək silah-sursat alverini deyil, həmçinin fəal şəkildə bu alveri həvəsləndirdiyini sübut etdiyini bildirmişdir.

Noyabr ayının əvvəllərində baş nazir David Kameron Fars Körfəzi ölkələri olan Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistan və Omana 6 milyard funt sterlinq dəyərində olan 100-dən çox Tayfun adlı qırıcı təyyarə satışı haqqında müqavilə imzalamışdır.
Source : İslamtimes
Comment