QR CodeQR Code

Misirlilər, İIR inqilabı izində hərəkət etmək istəyir

Abna , 11 Dec 2012 23:16

İslamtimes - Misir İslami iş partiyası baş katibi, Misirlilərin İran İslam İnqilabı istiqamətində hərəkət etmək istədiklərini bildirdi.


Misir İslami iş partiyasının baş katibi Məcdi Əhməd Hüseyn, İran İslam Respublikası televizyalarındaki xüsusi xəbər proqramında Misirlilərin İran İslam İnqilabı istiqamətində hərəkət etmək istədiklərinə toxunaraq, Orta şərqi dünyanın vuran nəbzi sayıldığını, Amerikanın isə dünyaya hakim olmaq üçün Orta Şərqi ələ keçirmək istədiyini söyləyib.

Əhməd Hüseyn, Amerikanın Misir xalqının gerçək inqilabının qarşısını almaq üçün saxta inqilab törətmək istədiklərinə toxunaraq, Amerikanın bu sui-qəsd ilə Misir prezidenti Məhəmməd Mursiyə Qəzza zolağı sakinlərinə kömək etməməsini ancaq sionist rejimə qaz ixrac edərək bu rejimin təhlükəsizliyini təmin etməsi ilə mümkün olacağını bildirmişdir.

Misir İslami İş partiyası baş katibi, xalq ilə İslami Oyanışın düşmənləri sırf diktatorlar deyil, Tunis ilə Misirin aşmış diktatorları bin Əli ilə Mübarəkin kənarında, Amerika və siyonist rejim kimi düşmənlərin olduğunu da söylədi.

Misir İslami İş partiyası baş katibi, daha sonra Amerika ilə sionist rejimi, bölgə inqilablarının hədəfə çatmasını istəmədiklərinə toxunaraq, İslami Oyanışı, İslam dinində üzərinə təkid edilən insani kəramət və ictimai dəyərlərlə sıx əlaqədə olduğunu söylədi.


Story Code: 220417

News Link :
https://www.islamtimes.org/az/news/220417/misirlilər-iir-inqilabı-izində-hərəkət-etmək-istəyir

Islam Times
  https://www.islamtimes.org