0
Wednesday 12 December 2012 - 07:12

ABŞ-dan Suriya müxalifətini şoka salan qərar

Story Code : 220449
ABŞ-dan Suriya müxalifətini şoka salan qərar
ABŞ müxalif Suriya Azadlıq Ordusunu şoka salan qərar verib. “Mignews.com” saytının verdiyi məlumata görə, dekabrın 10-da ABŞ hökuməti Suriya Azadlıq Ordusunun əsas zərbə qüvvəsi sayılan “Cabat an-Nusra” qruplaşmasının terrorçu təşkilatlar siyahısına salıb.

ABŞ Suriyadakı Cabat an-Nusra” qruplaşmasını “Əl-Qaidə” terror təşkilatının İraqdakı qolunun bir hissəsi hesab edir. “Cabat an-Nusra” qruplaşması Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən müxalif koalisiyada ən aqressiv silahlı birləşmədir.

Qruplaşmanın tərkibində İraq, Liviya, Türkmənistan, Qazaxıstan, Fransa və Böyük Britaniyadan gələn çoxlu sayda cihadçılar da döyüşür. “Cabat an-Nusra” qruplaşmasının sıralarında 10 mindən çox döyüşçü cəmləşib.

“Cabat an-Nusra” qruplaşmasının terrorçu təşkilatlar siyahısına salınması o deməkdir ki, ABŞ vətəndaşları bu təşkilatla əlaqə qura və bu təşkilatı maliyyələşdirə bilməz. ABŞ hökumətinin qərarı Suriya Azadlıq Ordusunun rəhbərliyini də qəzəbləndirib. Ən ciddi uğurlar qazanan hərbi qruplaşmanın terrorçu siyahısına salınması səbəbindən Suriya Azadlıq Ordusunu anti-ABŞ xarakterli aksiyalar keçirməyə vadar edib. /Lent.az/
Comment