0
Wednesday 12 December 2012 - 09:26

MOSSAD iranlı alimlərin qatili

Story Code : 220456
MOSSAD iranlı alimlərin qatili
"IslamTimes" İsrailin "Guysen TV" kanalına istinadən xəbər verir ki, İsrail ordusunun sabiq üzvü, analitik və yazıçı olan Mişel Barzuharın MOSSAD-ın məxfi əməliyyatları ilə bağlı yeni kitabı çap olunacaq. Mişel deyib: "Bu kitabda Mossad-ın bəzi sirli əməliyyatları o cümlədən Eichmanın (Nazi leader Adolf Eichmann) Argentinada həbsi, Suriyada yeraltı nüvə stansiyasının bombalanması, həmçinin iranlı nüvə alimlərin qətlə yetirilməsi ilə bağlı məlumatlar yer alıb."

Mişel əlavə edib: "Bu məlumatlar araşdırmalar yolu ilə əldə edilib və səlahiyyətli şəxslər uyğun əməliyyatlarla bağlı hər hansı açıqlama verməyiblər. Əməliyyatların xırdalıqları isə adının açıqlanmasını istəməyən mənbələr tərəfindən bizə çatdırılıb. MOSSAD-ın bir sıra əməliyyatları onun nüfuzuna ciddi zərbə olub. Misal olaraq uğursuzluqla nəticələnən Xalid Məşəlin biabırçı terror planını söyləyə bilərik."
Comment