0
Wednesday 12 December 2012 - 15:47

ABŞ Suriya müxalifətini həm terrorçu, həm də qanuni kimi tanıyır

Story Code : 220591
ABŞ Suriya müxalifətini həm terrorçu, həm də qanuni kimi tanıyır
ABŞ prezidenti “ABC News” telekanalına müsahibəsi zamanı bildirib ki, onlar artıq Suriyanın müxalifətini ölkənin qanuni qüvvəsi olaraq tanıyır.

Buna qədər bir sıra Avropa ölkələri, habelə Türkiyə Suriya müxalifətini Suriya xalqının yeganə təmsilçisi olaraq tanıyır.

Bununla yanaşı, ötən gün ABŞ Dövlət Departamenti Suriya hökumət qüvvələrinə qarşı əsas mübarizə aparan Suriyanın “əl-Nusra cəbhəsi” qruplaşmasını terrorçu təşkilatlar siyahısına daxil edib. Vaşinqtondan bildirilib ki, 2011-ci ildə Suriya hakimiyyətini devirmək niyyəti ilə təsis edilmiş təşkilat yeni ad altında gizlənərək İraqda “Əl-Qaidə” terror təşkilatının tərkibində fəaliyyət göstərir. Həmin təşkilat isə özünü Suriya müxalifətinin əsas hissəsi kimi göstərir.

Departamentin qərarı ilə ABŞ qanunvericiliyinə görə, bu təşkilata hər hansı bir dəstəyin verilməsi qadağan edilir. /Deyerler/
Comment