QR CodeQR Code

Qərbli diplomatlar: İranın nüvə silahı yaratmaq iddiaları arxasında İsrail durur

İslamtimes , 12 Dec 2012 16:22

İslamtimes - Qərbli diplomatlar inanırlar ki, İranın nüvə enerjisi proqramı haqqında Beynəlxalq Atom Enerjsi Agentliyindən sızan məlumatların arxasında İsrail durur.


islamtimes.org/az/ - 10 Dekabr 2012-ci ildə Guardian qəzetində dərc edilən məqalədə adı çəkilməyən mənbənin dediyinə görə İsrail rejimi İslam Respublikasına qarşı beynəlxalq təziqləri artırmaq məqsədi ilə İranın nüvə silahı istehsal etmək haqqında olan sənədlər yayıb.

Assoşieytid Press tərəfindən dərc edilən və İrana məxsus olduğu iddia edilən sonuncu sənəddə nüvə silahı partlayışının fiziki qaydaları təsvir edilən diaqram göstərilir. Ancaq alimlər bu diaqramın yalnış olduğunu sübut etmək üçün diaqramda çox sadə bir səhv olduğunu aşkar ediblər.

Nüvə Alimləri Bullitenində dərc edilən məqalədə deyilir: “Bu diaqram səhv analizləri göstərən və yaxud da kimlərinsə yalan oyununundan başqa bir şey deyil.”

İran tərəfindən təkzib edilən və uydurma adlanan bu sənədin Beynəlxalq Atom Enerjisi Agentliyinin İran nüv enerji proqramı haqqında olan məlumatların içinə necə sızdığı suallar doğurur.

Avropalı diplomatlar qeyd edərək bildiriblər ki, bu sənədin Agentlikdən sızması Agentliyin qanuniliyinə və onun apardığı araşdırmalar kölgə salır.

İran nüvə silahı istehsalı ilə əlaqədar olan bütün iddiaları kəskin şəkildə rədd etmiş və bildirimişdir ki, Atom Agentliyinin nüvə obyektlərində apardığı bir neçə araşdırma nəticəsində İslam Respublikasının nüvə enerji proqramının hərbi məqsəd daşımadığı ortaya çıxmışdır.


Story Code: 220609

News Link :
https://www.islamtimes.org/az/news/220609/qərbli-diplomatlar-iranın-nüvə-silahı-yaratmaq-iddiaları-arxasında-israil-durur

Islam Times
  https://www.islamtimes.org