0
Wednesday 12 December 2012 - 21:58

Suriyadakı kimyəvi silahlar Hizbullaha ötürüləcəyi təqdirdə İsrail hərəkətə keçəcək

Story Code : 220715
Suriyadakı kimyəvi silahlar Hizbullaha ötürüləcəyi təqdirdə İsrail hərəkətə keçəcək
Suriyadakı kimyəvi silahlar Hizbullaha ötürüləcəyi təqdirdə İsrail hərəkətə keçəcək
Islam times.org/az/ - O bu açqılamanı Suriya rejiminin öldürücü sinir qazlarının komponentlərini daşıdığını və qarışdırdığı haqqında iddialar yayıldıqdan sonra edib. Səfir Micheal Oren deyib ki, o bu iddiaların təsdiqini tapa bilməyib ancaq İsrail vəziyyəti çox diqqətlə izləyir.

O Fox Nyusa müsahibəsində deyib: “Əgər bu silahlar yalnış əllərə, məsələn Hizbullaha keçərsə, bu zaman biz sakit qalmayacayıq. Bizim bu silahların yalnış əllərə keçməməsi üçün qırmızı xəttimiz var.”

Sionistin “qırmızı xətti” ABŞ-dan təmamilə fərqlidir. Sionistlər “qırmızı xətti” kimyəvi silahların “ekstremist qrupların” əlinə keçməməsi kimi dəyərləndirdikləri halda Obama administratiyası Bəşər Əsədin xalqına qarşı kimyəvi silahlardan istifadə edəcəyi təqdirdə hərkətə keçəcəyini bildirib.

Fox Nyusun bildirdiyinə görə iddialara görə artıq keçən həftə Suriya ordusu kimyəvi silahları qataraq onları Suriya xalqına qarşı istifadə etmək üçün bombalara doldurub. Ancaq Sionistlərə məxsus olan Yerusəlim Post deyib ki, Dəməşq heç vaxt kimyəvi silahlara sahib olduğunu təsdiq etməyib və ondan heç vaxt xalqına qarşı istifadə etməyəcəyini bildirib.
Source : İslamtimes
Comment