0
Thursday 13 December 2012 - 20:13

Obamadan İrana danışıqlar təklifi

Story Code : 221021
Obamadan İrana danışıqlar təklifi
Gələn ilin yanvarında, ABŞ prezidenti Barak Obamanın andiçmə mərasimindən sonra İrana birbaşa və gizli danışıqlar təklif olunacaq.

İsrail mətbuatının məlumatına görə, bu zaman İsrailin məsələ ilə bağlı münasibəti nəzərə alınmayacaq. Təklifin birbaşa prezident səviyyəsində ediləcəyi bildirilir.

Danışıqlar İranda MAQATE nümayəndə heyətinin işi ilə paralel aparılacaq.
Comment