QR CodeQR Code

Hicab qadağası nümayişlərə səbəb olub

Nümayişlər İstanbul, Malatya və Diyarbəkirdə təşkil edilib.

İslamtimes , 14 Dec 2012 02:50

İslamtimes - İnsanlar Türkiyə hökuməti tərəfindən məktəblərdə hicaba qoyulan qadağalar səbəbindən İstanbul və Türkiyənin iki digər şəhərlərində etiraz nümayişləri keçiriblər.


islamtimes.org/az/ - Nümayişçilər məktəb və universitelərdə hicaba azadlıq tələb ediblər.

Etirazçılar əllərində “Mənim Hicabıma dəyməyin”, “Biz Hicab qadağası aradan qalxana qədər mübarizə aparacayıq” və “Hicablı qadınlara qarşı zorakılıq davam edir” şüarları yazılan plokatlar tutmuşdular.
Hicablı olmayan qadınlarda həmçinin həmrəylik nümayiş etdirmək üçün bu nümayişə qatılmışdılar.


Türkiyə Təhsil Nazirliyi bu yaxınlarda məktəbli qızların baş örtüyü taxmasını qadağan edən əmr verib.

Türkiyə hökuməti də hicablı məktəb şagirdlərinin təhsil mərkəzlərində öz təhsillərini davam etdirməsinə icazə vermir.

Yeni qanuna əsasən təkcə dini məktəblərdə oxuyan qızlar hicab geyinə bilərlər.

Bu səbəbdəndir ki, 200 mindən çox qız Türkiyədə dini məktəblərdə təhsil alırlar və yeni qanun təxminən yeddi milyon qızın məktəbdə hicab taxmamasına səbəb olacaq.


Story Code: 221098

News Link :
https://www.islamtimes.org/az/news/221098/hicab-qadağası-nümayişlərə-səbəb-olub

Islam Times
  https://www.islamtimes.org