0
Friday 14 December 2012 - 02:57

Qərb region inqliablarının hədəfini dəyişmək istəyir

Story Code : 221102
Qərb region inqliablarının hədəfini dəyişmək istəyir
Qərb region inqliablarının hədəfini dəyişmək istəyir
Islam times.org/az/ - Çərşənbə günü siyasi ekspertlər ilə görüşən Əli Əkbər Salehi deyib: “Qərb region rejimlərinin bəzi rəhbərlərinin dəstəkləyirdi və xalqın qələbəsindən sonra isə o inqilabın hədəfini dəyişmək və onu öz maraqları istiqamətində yönəltmək istəyir.”

Salehi Qərbin Tunisin devrilmiş diktatoru Zeyn əl Abidin Əliyə və Misirin sabiq diktatoru Husni Mübarəkə onların son anlarına qədər verdiyi dəstəyi xatırlatmış və Qərbi özünü xalqı müdafiə edən göstərərək inqilabları təhrif etməyə çalışmaqda ittiham etmişdir.

Nazir deyib ki, Qərb insan hüquqları və nüvə enerjisi haqqında çox paradoks bir siyasətə sahibdir.

Salehi Qərbi Bəhreyndə insan hüquqlarının kobud şəkildə pozulmasına göz yummaqda və Suriyada isə ölkə infrastrukturuna və xalqına xeyli ziyan vuran üsyançıları silah-sursatla təmin etdiyi və bununlada ölkədə münaqişəyə səbəb olduğu üçün tənqid edib.

İran rəsmisi bir daha ölkədəki münaqişəyə son qoymaq üçün dialoqun mühümlüyün xatırlatmış və Tehranın bu yönümdə addım atdığını bildirmişdir.
Source : İslamtimes
Comment