QR CodeQR Code

Rusiya ABŞ-ın Suirya müxalifətini tanımaq qərarını tənqid edib

İslamtimes , 14 Dec 2012 03:05

İslamtimes - Rusiya xarici işlər naziri Serqey Lavrov deyib ki, o ABŞ-ın Suriya İnqilabının Milli Koalisiyası adlanan müxalifət qrupunu Suriya xalqının qanuni nümayəndələri kimi tanımasına təəccüb edib.


islamtimes.org/az/ - ABŞ prezidenti Barak Obama çərşənbə axşamı günü deyib: “Bu şəraitdə Suriyanın çox yaxşı təşkil edilmiş kolasiyası var, müxalifət koalisiyası və biz bu koalisiyanı Suirya xalqının qanuni nümayəndəsi kimi tanıya bilərik.”

Rusiya xarici işlər naziri deyib ki, ABŞ Milli Koalisiyanın silahlı döyüşdə qələbə çalması üçün əlindən gələni edir.

Lavrov həmçinin qeyd edərək bildirib ki, ABŞ-ın bu fikri 30 iyunda Cenevrədə əldə edilmiş razılıqla tam ziddiyət təşkil edir. Bu razılığa əsasən ölkədəki bütün tərəflərin tam razılığı əsasında milli dialoq təşkil edilməli idi.

Cenevrə görüşünə BMT baş katibi Ban Ki mun, Ərəb Liqası baş katibi Nabil Əl Ərəbi, ABŞ dövlət katibi, Rusiya xarici işlər naziri, Çin, Fransa, Türkiyə, Qətər, Kuveyt və İraq qatılmışdır.


Story Code: 221103

News Link :
https://www.islamtimes.org/az/news/221103/rusiya-abş-ın-suirya-müxalifətini-tanımaq-qərarını-tənqid-edib

Islam Times
  https://www.islamtimes.org