QR CodeQR Code

Xəzəryanı ölkələr Tehran Konvensiyasının protokolunu qəbul ediblər

14 Dec 2012 09:36

IslamTimes - “Xəzər dənizinin quruda həyata keçirilən fəaliyyət nəticəsində yerüstü mənbələrin çirklənməsindən qorunması haqqında Tehran Konvensiyası”nın protokolu qəbul olunub.


Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərinə görə, sənəd “Xəzər dənizinin mühitinin qorunması üzrə Çərçivə Konvensiyası”nın (Tehran Konvensiyasının) tərəflərinin dekabrın 12-də Moskvada keçirilən konfransının 4-cü sessiyasında Xəzəryanı ölkələrin nümayəndələri tərəfindən bəyənilib. Azərbaycanı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev təmsil edib.
Qeyd edək ki, bu, 2003-cü ildə Konvensiyanın imzalanmasından ötən 9 il ərzində razılaşdırılmış ilk sənəddir. Protokolun məqsədi çirklənmələrin maksimum dərəcədə qarşısının alınması, azaldılması, arada qaldırılması və Xəzər dənizinin ekoloji sağlam mühitinin dəstəklənməsidir.

Toplantının sonunda növbəti sessiyanın 2014-cü ildə nazirlər səviyyəsində Türkmənistanda keçirilməsi qərara alınıb. /APA/


Story Code: 221121

News Link :
https://www.islamtimes.org/az/news/221121/xəzəryanı-ölkələr-tehran-konvensiyasının-protokolunu-qəbul-ediblər

Islam Times
  https://www.islamtimes.org