QR CodeQR Code

Rusiya XİN: “Rusiyanın Suriya münaqişəsinin həllində mövqeyi dəyişməyib”

15 Dec 2012 01:01

IslamTimes - Aleksandr Lukaşeviç: “Biz heç vaxt yatmırıq, öz mövqeyimizi dəyişmirik və dəyişməyəcəyik”


Rusiyanın Suriya münaqişəsinin həlli məsələsində mövqeyi dəyişməyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə deyib.

“ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsinin “Nəhayət ki, Moskva yuxudan ayılıb və mövqeyini dəyişir” bəyanatını görmüşəm. Demək istəyirəm ki, biz heç vaxt yatmırıq, öz mövqeyimizi dəyişmirik və dəyişməyəcəyik”.

A. Likaşeviç bugünki brifinqdə söyləyib: “Rusiya Suriya münaqişəsinin diplomatik yolla həll edilməsinin tərəfdarıdır. Bu konfliktin başqa həlli yolu yoxdur. Mövcud hakimiyyətlə müxalifətin dialoqunun təşkil edilməsinin tərəfdarıyıq”.


Story Code: 221334

News Link :
https://www.islamtimes.org/az/news/221334/rusiya-xin-rusiyanın-suriya-münaqişəsinin-həllində-mövqeyi-dəyişməyib

Islam Times
  https://www.islamtimes.org