0
Saturday 15 December 2012 - 12:07

ABŞ-ın Suriya üsyançılarını tanıması insan hüquqlarının pozulmasıdır

Story Code : 221419
ABŞ-ın Suriya üsyançılarını tanıması insan hüquqlarının pozulmasıdır
ABŞ-ın Suriya üsyançılarını tanıması insan hüquqlarının pozulmasıdır
Islam times.org/az/ - Xatəmi deyib: “Suriya hökumətinin müxalifətini müxalifət koalisiyası kimi tanımaq həqiqətdə beynəlxalq qanunların və insan haqqlarının bütövlükdə pozulmasıdır.”

İranlı ruhani əlavə edərək deyib ki, ABŞ insan hüquqlarını pozmaqda birinci yerdə durur və o tarix boyu diktatorları dəstəkləyib.

Xatəmi deyib: “Bu vəhşilər Suriyada cinayətlər törədirlər və günahsız insanları qətlə yetirirlər və ABŞ-da bu cinayətkarları dəstəkləyir.”

11 Dekabrda ABŞ prezidenti Barak Obama deyib ki, Vaşinqton Suriya İnqilabının və Müxalifət Qüvvələrinin Milli Koalisiyasını Suriyalıların “qanuni nümayəndələri” kimi tanıyacaq.

Böyük Britaniya, Fransa, Türkiyə və Körfəz Əməkdaşlıq Şurasının üzvləri Suriya hökumətinə qarşıvuruşan üsyançıları tanıyıblar.

Ayətullah Xatəmi qeyd edərək bildirib: “Bu ölkənin (Suriyanın) xalqı öz müqavimətlərini davam etdirəcəklər çünki onlar bilirlər ki, hegamonluq dövrü artıq sona çatıb.”

İran İslam İqilabının Keşikçi Korpusu tərəfindən ələ keçirilən ABŞ pilotsuz təyyarəsinə toxunan alim deyib: “Bu pilotsuz təyyarəni ələ keçirmək və onun bütün şifrələrini açmaq ölkəmizin gücünün göstəricisidir və bu həmçinin göstərir ki, İran xalqı heç vaxt boş sözlər danışmır və lazım gələndə öz gücünü də göstərir.”
Source : İslamtimes
Comment