0
Saturday 15 December 2012 - 15:14

Terrorist Azad Suriya Ordusu Suriyada daha bir Şiə məscidini dağıdıb

Story Code : 221516
Terrorist Azad Suriya Ordusu Suriyada daha bir Şiə məscidini dağıdıb
Terrorist Azad Suriya Ordusu Suriyada daha bir Şiə məscidini dağıdıb
Islam times.org/az/ - İnternetdə nümayiş etdirilən videoda göstərilir ki, Azad Suriya Ordusu adlanan üsyançıların hərbi formasını geyinən saqqallı insanlar Hüseyniyə məscidinin yanmasını qeyd edirlər.

Videoda üsyançıların Şiələrə qarşı küfr sözləri işlətdiyi də eşidilir.

Video çərşənbə günü internetə yerləşdirlimiş və bu video şimalda yerləşən Cisr əl Şuğur kəndidə çəkilib.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla münaqişə nəticəsində xeyli insan həlak olub.

Suriya hökuməti deyib ki, ölkədəki münaqişə xaricdən təşkil edilir və əldə olan faktlara əsasən ölkədə olan üsyançıların əksəriyyəti xaricilərdən ibarətdir.

Keçən ay Suriyanın əl Vətən qəzeti hökumətə qarşı döyüşərkən öldürülmüş 18 ölkədən olan 142 xarici döyüşçülərin adlarını dərc etmişdir.

Qəzetin bildirdiyinə görə üsyançıların əksəriyyəti Suriyaya Türkiyə və Livan ərazisindən daxil olur və onların əksəriyyəti ekstremist əl Qaidə terror təşkilatına mənsubdurlar.
Source : İslamtimes
Comment