QR CodeQR Code

Bəhreyn xalqının Xəlifə rejiminə qarşı etiraz nümayişləri davam edir

16 Dec 2012 00:09

IslamTimes - Bəhreyn nümayişçiləri diktator Xəlifə rejiminin repressiyalarına rəğmən yenə də etiraz aksiyalarını davam etdirir


Cümə günü kütləvi nümayiş təşkil edən etirazçılar paytaxt Manama və ölkənin digər şəhərlərində diktator rejimə qarşı etirazlarını bildirib. Onlar insan haqlarının məhdudlaşdırılmasına etiraz edərək siyasi məhbusların azadlığını tələb ediblər.

Etirazçılar eyni zamanda rejim silahlıları tərəfindən repressiyaların və zorakılıqların dayandırılmasını tələb edib.
Hökumət qüvvələri cümə günü nümayişlərinin dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib. Onlarla insanın həbs edildiyi bildirilir. /Deyerler/


Story Code: 221668

News Link :
https://www.islamtimes.org/az/news/221668/bəhreyn-xalqının-xəlifə-rejiminə-qarşı-etiraz-nümayişləri-davam-edir

Islam Times
  https://www.islamtimes.org