0
Sunday 16 December 2012 - 16:14

Türkiyənin patriot raket sistemi dünya müharibəsinə yol aça bilər

Story Code : 221856
Türkiyənin patriot raket sistemi dünya müharibəsinə yol aça bilər
Türkiyənin patriot raket sistemi dünya müharibəsinə yol aça bilər
Islam times.org/az/ - Şənbə günü Firuzabadi deyib: “Bu raket sistemlərindən hər biri dünya xəritəsinin qara ləkəsidir və dünya müharibəsi başlatmaq məqsədi güdür.”

Firuzabadi xəbərdarlıq edərək bildirib: “Təəssüflər olsun ki, Qərb dövlətləri bir-birinin ardınca Patriot raket sistemlərinin Türkiyənin Suirya ilə sərhəddində yerləşdirilməsinə razılıq verirlər və onlar bununla həm insanlığın gələcəyi, həm də Avropanın gələcəyi üçün çox təhlükəli olacaq dünya müharibəsi başlatmağı planlaşdırırlar.”

İranlı komandir əlavə edərək deyib: “Patriot raket sistemindən məqsəd Sionistlərin müdafiəsini təmin etmək və Qərbin İranın raket sistemi haqqındakı narahatçılığı və Rusiyanın Suriyanı müdafiə etməsindəndir.”

Rusiya, Suriya və İrandan olan kəskin müxalifətçiliyə baxmayaraq 4 dekabrda Türkiyənin tələbi üzrə NATO Patriot raket sistemini Türkiyənin Suriya ilə sərhəddində yerləşdirməyə razılıq verib.

İranlı komandir Avropa, ABŞ və Türkiyəyə məsləhət görərək regiondan bu raket sisteminin yığışdırılmasını tələb edib və əks təqdirdə özlərinin belə son qoya bilməyəcəyi bir alova səbəb olacağını bildirib.
Source : İslamtimes
Comment