QR CodeQR Code

Türklər ABŞ-ın müharibə siyasətinə etiraz ediblər

İslamtimes , 16 Dec 2012 16:20

İslamtimes - Minlərlə insan Türkiyənin Adana şəhərində ABŞ-ın apardığı müharibə siyasətinə və bəzi Ərəb və Qərb dövlətlərinin Suriyadakı üsyançılara dəstək verməklərinə etiraz əlaməti olaraq küçələrə axışıblar.


islamtimes.org/az/ - Etirazçılar Türkiyə hökumətini Qərbin siyasətini həyata keçirməkdə tənqid etmiş və “Faşistlərlə çiyin-çiyinə” kimi sözlər də daxil olmaqla şüarlar səsləndirmişdilər.

Etirazçıların sözçüsü deyib ki, bir neçə gün bundan əvvəl Suriyadakı terrorist və üsyançılar onlarla Ələviləri qətlə yetiriblər, halbuki, qərb və imperialist mətbuatı utanmayaraq iddia edir ki, onları prezident Bəşər Əsədin qüvvələri qətlə yetirib.

O əlavə edərək deyib ki, ABŞ və onun müttəfiqləri Suriyada demokratiyanı yaydıqlarını iddia etsələr də onlar bir neçə aydır ki, Suriyada qırğınlar həyata keçirirlər və Suriyada baş verən bütün cinayətlərə görə imperialistlər cavabdehdilər.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir.

Suriya hökumətinin bildirdiyinə görə ölkədəki münaqişə xaricdən planlaşdırılır və üsyançıların əksəriyyətinin xaricilərdən olması haqqında kifayət qədər sübutlar var.

Xüsusi Qərb dövlətləri və onların regional müttəqfiqləri olan Qətər, Səudiyyə Ərəbistan və Türkiyə kimi dövlətlərdən dəstək alan döyüşçü qruplar artıq 20 aydır ki, Suriya hökumətini yıxmağa çalışırlar.


Story Code: 221858

News Link :
https://www.islamtimes.org/az/news/221858/türklər-abş-ın-müharibə-siyasətinə-etiraz-ediblər

Islam Times
  https://www.islamtimes.org