QR CodeQR Code

Ölkəsini qoruya bilməyən biri dünyanı qoruyacaq?!

HaqqYolu , 17 Dec 2012 09:47

IslamTimes - Nyutaunda çıxış edən ABŞ prezidenti Obama deyib: “Nə bir, nə də min qanun layihəsi cəmiyyətdə zorakılıq problemini həll edə bilməz. Amma dövlət barışmamalıdır ki, kütləvi qətliamlar ABŞ-da adi hal alsın.”


Sendi Hukda (ABŞ) ibtidai məktəbdə 26 nəfərin ölümü ilə nəticələnən gülləbarandan sonra matəm mərasiminə qatılan Obama birbaşa yayımda cəmiyyətdən kömək istəyib. Məktəbdə 12 qız, 8 oğlan şagird, eləcə də 6 müəllimi güllələmiş Adam Lanza kimilərinin hansı yolla dayandırılacağı barədə prezident heç nə deməyib. (Ria.ru)
Bəli, bu həmin Amerikadır ki, dünyaya demokratiya, azadlıq vəd edir, terrorla mübarizə adı altında ölkələrə qoşun yeridir. Bu həmin Amerikadır ki, uşaq qatili, hərbi cinayətkar olan İsrailə arxa durur. Son hadisədən göründüyü kimi, Ağ Ev hətta öz vətəndaşlarını qorumaq gücündə deyil. Mənəvi dəyərlərdən məhrum ABŞ-da artıq hər bir vətəndaş potensial terrorçudur.


Story Code: 222007

News Link :
https://www.islamtimes.org/az/news/222007/ölkəsini-qoruya-bilməyən-biri-dünyanı-qoruyacaq

Islam Times
  https://www.islamtimes.org