QR CodeQR Code

Çaves ağır əməliyyatdan sonra işinin başına qayıdıb

17 Dec 2012 09:54

IslamTimes - Venesuela prezidenti Uqo Çaves özünün dövlət idarəçiliyi səlahiyyətlərinin icrasına başlayıb.


Kubada keçirdiyi ağır əməliyyatdan sonra Çaves yenidən dövlət idarəçiliyinə qayıtmaq qərarına gəlib, - “RBK”.

Prezidentin artıq öz səlahiyyətlərini icra etməyə başlaması barədə məlumatı ölkənin elm və texnologiya nazri Xorxe Arreazi verib. Dövlət televiziyası ilə çıxış edən nazir qeyd edib ki, Çaves artıq Nazirlər kabinetində iclasa qatılıb. “Komandante bizə yenə də ölkənin idarəçiliyi ilə bağlı tapşırıqlarını verir”, - deyə Arreazi qeyd edib. O qeyd edib ki, Çavesin səhhətinin bərpası sürətlə gedir və o özünü yaxşı hiss edir.

Qeyd edək ki, Çaves dekabrın 11-də Kubadan əməliyyatdan qayıdıb. 2011-ci ilin iyununda xərçəng xəstəliyindən əziyyət çəkməsi elan olunandan Çaves artıq dördüncü dəfədir ki, əməliyyat olunur. /Deyerler/


Story Code: 222012

News Link :
https://www.islamtimes.org/az/news/222012/çaves-ağır-əməliyyatdan-sonra-işinin-başına-qayıdıb

Islam Times
  https://www.islamtimes.org