QR CodeQR Code

Terroristlər ukraynalı jurnalistin edamını təxirə salıb

18 Dec 2012 06:42

IslamTimes - Suriya hakimiyyətinə qarşı vuruşan terroristlər bu ilin oktyabrında qaçırılmış ukraynalı jurnalist Anxar Koçnevanın edamını təxirə salıb.


Suriya hakimiyyətinə qarşı vuruşan terroristlər bu ilin oktyabrında qaçırılmış ukraynalı jurnalist Anxar Koçnevanın edamını təxirə salıb. APA-nın xəbərinə görə, bu barədə “1+1” Ukrayna telekanalı məlumat yayıb.

Telekanalın saytında Koçnevanı qaçırmış silahlı qruplaşmanın komandiri Əbu Candalın müsahibəsi dərc olunub. Müsahibədə Əbu Candal terrorçuların jurnalist xanıma ikinci şans verdiyini qeyd edir. Bunun müqabilində Ukrayna onların tələblərini yerinə yetirməlidir. Lakin Əbu Candal tələblərin mahiyyətini açıqlamayıb.

Xatırladaq ki, Koçneva bir çox Ukrayna və Rusiya KİV-ləri ilə əməkdaşlıq edib. O Suriyada bu ilin oktyabrında oğurlanıb. Bir qədər əvvəl Koçnevanı qaçıran silahlılar onun qaytarılması müqabilində 50 milyon dollar tələb edirdilər, əks halda onun dekabrın 13-də edam ediləcəyi barədə bəyanat vermişdilər.


Story Code: 222322

News Link :
https://www.islamtimes.org/az/news/222322/terroristlər-ukraynalı-jurnalistin-edamını-təxirə-salıb

Islam Times
  https://www.islamtimes.org