QR CodeQR Code

Rusiya amerikalılara qadağa qoydu

18 Dec 2012 11:47

IslammTimes - Rusiya Dumasının konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsi amerikalılara qadağa qoyan düzəlişi qəbul edib.


Bundan sonra amerikalılar Rusiyada övladlığa uşaq götürə bilməyəcək. “Dima Yakovlev qanunu” adlanan bu düzəliş ABŞ-ın “Maqnitski aktı”na cavab kimi dəyərləndirilir. Qanun 2013-cü ildə qüvvəyə minəcək.
ABŞ senatı 6 dekabrda insan haqları sahəsində qanunsuzluğa yol vermiş ruslara viza verilməsinə qadağa qoymuşdu.
Ruslar amerikalıların övladlığa götürdüyü və zorakılıq hesabına həlak olmuş Dima Yakovlevin xatirəsinə qanunu “Dima Yakovlev qanunu” adlandırıblar. /HaqqYolu/


Story Code: 222358

News Link :
https://www.islamtimes.org/az/news/222358/rusiya-amerikalılara-qadağa-qoydu

Islam Times
  https://www.islamtimes.org