QR CodeQR Code

Ankara Rusiyaya Suriya ilə bağlı yeni plan təklif edib

İslamtimes , 18 Dec 2012 12:08

Islamtimes - Bu plan 3 dekabrda Rusiya prezidenti Vladimir Putinin İstanbulda Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşündə müzakirə edilmişdir.


islamtimes.org/az/ - Bazar ertəsi günü Türk qəzetinin verdiyi məlumata görə Türkiyə Rusiyaya Suriya ilə bağlı yeni plan təklif edib. Bu plana əsasən 2013-cü ilin ilk üç ayı ərzində Suriya prezidenti Bəşər Əsəd hamiyyətdən getməli və hökumət Ərəb və Qərb dövlətləri tərəfindən Suriya xalqının qanuni nümayəndələri kimi tanınan Suriya Milli Koalisiyasına ötürülməlidir.

Türkiyənin “Radikal” qəzetinin daha sonra bildirdiyinə görə bu plan 3 dekabrda Rusiya prezidenti Vladimir Putinin İstanbulda Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşündə müzakirə edilmişdir.

Qəzet daha sonra bildirib ki, Ankara yeni plan ilə əslində Rusiya və İranın Əsədə olan dəstəyinin qarşısını almaq istəyir. Bu planın da Əsəd tərəfindən rədd edilməsi gözlənilir, ancaq beynəlxalq ictimaiyyətin dəstəyi ilə bu plan münaqişənin 21-ci ayında dönüş xətti yarada bilər.

Bu arada Radikal qəzeti qeyd edərək bildirib ki, keçən 10 gün ərzində ABŞ, Misir, Rusiya və BMT Ankaranın təklif etdiyi bu planı müzakirə ediblər.


Story Code: 222366

News Link :
https://www.islamtimes.org/az/news/222366/ankara-rusiyaya-suriya-ilə-bağlı-yeni-plan-təklif-edib

Islam Times
  https://www.islamtimes.org