QR CodeQR Code

ABŞ: “İsrailin yerləşmə planları təxribatdır”

19 Dec 2012 10:15

IslamTimes - ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland İsrail rejiminin Şərqi Qüds və Qərbi Şəriyədə yeni qanunsuz yerləşmə planları ilə əlaqədar açıqlama verib.


“İsrailin bu təxribat yönümlü planlarını davam etməkdə israrlığı bizi dərin üzüntüyə qərq edir”, - deyə Dövlət Departamentinin sözcüsü bildirib, - “RİA Novosti”.

Günlük mətbuat konfransında Nuland İsrail rejimini yeni qanunsuz yerləşmə planlarını elan etməsi ilə əlaqədar sərt tənqid edib. “Bu təkrar açıqlamalar və yeni inşa planları sülh prosesinə tamamilə ziddir. İsrail liderləri davamlı olaraq iki dövlətli çözüm istədiklərini iddia etsələr də, bu cür tədbirlər onların hədəfini sadəcə sual altına alır”, - deyə Nuland vurğulayıb. /Deyerler/


Story Code: 222709

News Link :
https://www.islamtimes.org/az/news/222709/abş-israilin-yerləşmə-planları-təxribatdır

Islam Times
  https://www.islamtimes.org