QR CodeQR Code

ABŞ səfiri İraqdakı xoş günlərdən vəd edib?

19 Dec 2012 10:24

IslamTimes - Ötən gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar müxalifət liderləri ilə görüşüb.


Görüşdə Azərbaycan xalq Cəhbəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) məclis sədri Rafiq Manaflı, ReAL hərəkatının məsul nümayəndəsi Erkin Qədirli və Azərbaycan Ziyalılar Forumunun üzvü Mehriban Vəzir iştirak ediblər. Görüş zamanı Azərbaycanda ictimai-siyasi və 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı vəziyət müzakirə olunub.
/HaqqYolu/
Vasif Həsənli


Story Code: 222715

News Link :
https://www.islamtimes.org/az/news/222715/abş-səfiri-iraqdakı-xoş-günlərdən-vəd-edib

Islam Times
  https://www.islamtimes.org