QR CodeQR Code

İran hərbi təlimlərə başlayır

19 Dec 2012 13:50

IslamTimes - İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri yaxın vaxtlarda Hörmüz boğazında hərbi təlimlərə başlayacaqlar.


AzNews.az-ın məlumatına görə, bu barədə Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Fədəvi deyib.

Fədəvinin sözlərinə görə, "Fars körfəzində və Hörmüz boğazında coğrafiya, inkişaf, müdafiə və təhlükəsizlik" adı altında keçirilən təlimlər gələn ilin martına qədər davam edəcək.

İranlı komandan bildirib ki, İran enerji resurslarının daşındığı Hörmüz boğazında təhlükəsizliyin yaradılmasına çalışır: "ABŞ və Qərb ölkələri bu regionda təhlükəsizlik yarada bilmirlər. Ona görə də bununla yalnız region ölkələri məşğul olmalıdır".


Story Code: 222759

News Link :
https://www.islamtimes.org/az/news/222759/iran-hərbi-təlimlərə-başlayır

Islam Times
  https://www.islamtimes.org