QR CodeQR Code

Türk millət vəkili: Taliban döyüşçüləri Türkiyə ərazisindən Suriyaya qarşı istifadə edirlər

İslamtimes , 20 Dec 2012 00:19

İslamtimes - Türkiyə Demokrat partiyasının rəhbəri deyib ki, 10 mindən çox talibanlı Türkiyədə Suriya ilə sərhəddə mövcud olan düşərgələrədən istifadə edərək Suriya ərazisinə keçirlər.


islamtimes.org/az/ - Namik Kemal Zeybek deyib ki, Taliban döyüşçüləri Türkiyənin Hatay əyalətində olan qaçqın düşərgələrindən öz bazaları kimi istifadə edirlər. Taliban döyüşçüləri Suriyaya ərazisinə soxulur, hədəflərə hücum edirlər və yenidən bu düşərgəyə qayıdırlar.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Təhlükəsizlik qüvvəlləri də daxil olmaqla xeyli dinc vətəndaş həlak olub. Dəməşq iddia edərək bildirib ki, ölkədəki münaqişə xaricdən dəstəklənir.

Əldə olan sübutlara əsasən Türkiyənin Suriya ilə sərhəddi döyüşüçlərin Suriyaya keçməsi və silah-sursatın Suriya üsyançılarına ötürülməsi üçün istifadə edilir.

İyul ayında Türk millət vəkili Refik Ər Yılmaz demişdir ki, xeyli CİA və Mossad agentləri Hatay vilayətində olmuş və öz kəşfiyyat ləvazimatlarını bu ərazidən Suriyaya keçirmişdilər.


Story Code: 222965

News Link :
https://www.islamtimes.org/az/news/222965/türk-millət-vəkili-taliban-döyüşçüləri-türkiyə-ərazisindən-suriyaya-qarşı-istifadə-edirlər

Islam Times
  https://www.islamtimes.org