0
5
comments
Thursday 20 December 2012 - 07:14

Gəncədə işinə xitam verilən rektor

Story Code : 223009
Gəncədə işinə xitam verilən rektor
Gəncədə işinə xitam verilən rektor
Islam times.org/az/ - Bir neçə müddətdir ki,Gəncə şəhərində yerləşən respublikanın ən qabaqcıl təhsil ocaqlarından biri hesab olunan,Gəncə Dövlət Universitetinin rektoru,professor Elman Məmmədov Gəncə şəhəri icra hakimiyyəti Elmar Vəliyev ilə aralarında yaranmış qalmaqal sonunda tutduğu vəzifəsindən azad edilib.

Universitetin bəzi səbəblərdən adını çəkmədiyimiz müəllimlərindən aldığımız xəbərə görə,professor Elman Məmməovun işindən azad edilməsinin səbəbi külli miqdarda universitetin müəllim və tələbə kollektivindən aldığı rüşvətdir.Lakin müəllimlərin əksəriyyətinin söylədiyinə görə korrupsiya faktı real olmasına baxmayaraq,əsas məsələ sabiq rektor Elman Məmmədovun Gəncə şəhəri icra başçısının vəzifəsinə start verilən gündən bir-biri ilə yola getməməsi olub.

Bildiyiniz kimi Elmar Vəliyev Gəncə şəhərinə icra hakimiyyəti başçısı təyin olunduğu gündən,nəinki təkcə yerli qara camaata hətta iş adamlarına və bəzi vəzifəli şəxslərə də divan tutmağa başlayıb.Elmar Vəliyev şəhərin dövlət əhəmiyyətli inzibati binası hesab olunan ağ sarayda hakimiyyəti ələ keçirdikdən az sonra,əməlli başlı ağac dəyənəyini işə salaraq,Gəncə şəhərinin böyüklü-kiçikli sakinlərinə hücum çəkərək xalqı özündən narazı salıb.

İbn Ziyad ləqəbli şəhər valisi əvvəlcə dövlət büdcəsindən Gəncədə yenidənqurma və abadlıq işlərindən ötrü ayrılan milyonlarla manat vəsaiti öz hesabına keçirərək,həmin işlərin həyata keçirilməsi üçün lazım olan maddiyyatı obyekt sahiblərinin,xüsusilə vəzifəli şəxslərin kürəyinə zor gücünə yükləyib.

Həmin proseslərin qurbanlarından biridə Gəncə Dövlət Universitetinin sabiq rektoru professor Elman Məmmədovdur.Mən bir araşdırmaçı kimi heçdə Elman Məmmədova bu cür məsələlərdə haqq qazandırmıram.Əlbəttə ki,sabiq GDU-nin rektoruda belə dırnaqarası əməllərində Elmar Vəliyevdən və digər Əliyev rejiminin üzdəniraq məmurlarından əsla geri qalmırdı.

Məsələnin əsas tərəfi bundan ibarətdir ki,hər iki haramzadə dövlət məmurları arasında yaranan soyuq müharibənin səbəbi GDU-də tələbə və müəllimlərdən qanunsuz rüşvət qismində əldə olunan külli miqdarda pulları bölüşdürə bilməmələri olub.

Deyilənlərə görə şəhər icra hakimiyyəti başçısı universitetin rektorunu şəhər binasında yerləşən kabinetinə çağıraraq ondan hər ay təhsil ocağından gələn gəlirlərin 80%-nin Elmar Vəliyevə çatacağını bildirib.Amma bununla razılaşmayan Elman Məmmədovun qara günləri elə həmin gündən başlayıb.

Qeyd edim ki,Elman Məmmədov 2006-cı ildən GDU-də rektor vəzifəsində çalışırdı.Elman Məmmədovdan əvvəl universitetdə rektorluq səlahiyyətlərini Mübariz Yusifov həyata keçirirdi.Adını çəkdiyim şəxsdə sabiq icra hakimiyyəti başçısı Eldar Əzizovun xanlığı dövründə ona patent ödəyirdi.

Eldar Əzizov Elmar Vəliyevdən sən demə insaflı korrupsioner məmur imiş.O,təhsil müəssisələrindən əldə olunan çirkli pulların bir hissəsilə kifayətlənirdi,ancaq görünür İbn Ziyad daha da çox harınlayıb gözlərini qan tutmuş köpək kimi pulların hamısına dikib.

Elman Məmmədov Gəncədə rektor vəzifəsində çalışmamışdan qabaq Bakı şəhərində yerləşən Əliyevlər sülaləsinin son beşiyi varisi olan,nəvə Heydər Əliyevin oxuduğu özəl tipli məktəb liseyinin direktoru işləyib.2006-cı ildə Gəncə şəhərində universitetə rektor vəzifəsinə Mehriban Əliyevanın şəxsi tapşırığı ilə göndərilmişdir.

Elman Məmmədovda vəzifəsinə başlamasının ilk günlərindən özünü ciddi göstərməyə,guya təhsilin qayğısına qalırmış kimi maskalanmağa və rüşvətə son qoymağa girişirdi.

İlk günlərdə saf düşüncəli müəllim və tələbələrdə belə yalançı vədlərə aldanaraq,yeni rektoru alqışlamağa başladılar.Çox keçmədi ki, təzə rektor Mübariz Yusifovun atasına rəhmət oxutdurdu.Bir neçə aydan sonra semestir və dövlət imtahanlarında bütün reallıqlar öz çılpaqlığı ilə aşkara çıxdı.

Rüşvətlərin miqdarı birə-on qat artırıldı.Vəzifədə olan prorektor,kafedra müdirləri və dekanlar tutduqları vəzifələrindən azad edilərək,əvəzində çoxlu rüşvət müqabilində yeniləri iş başında peyda olundular.

Gəncə dövlət Universitetində həyata keçirilən dırnaqarası islahatların qurbanlarından biridə Coğrafiya kafedrasının sabiq müdiri Mahir Kərimov oldu.Elman Məmmədov universitetin son altı illik dönəmində yuxarı kürsülərdə qərar tutan öz day-dayılarına güvənərək əməlli-başlı xod gedirdi.

Heç kimi və heçnəyi saymır açıq-aşkarda rüşvət alır,istədiyi savadsızı universitetə müəllim təyin edir,savadlı kadrlara isə divan tuturdu.Sonda atalar demişkən dəvədən böyük fil varmış,oda Elmar Vəliyev oldu.

İki qoçun başı bir qazanda qaynamaz misalı öz əksini bir Gəncə olayında tapdı.Sübut olunduku Elmar vəliyevin arxası daha da yuxarı dairələrə bağlıdır.Şəhərin bir xanı var ona qarşı hər hansı müxalifət acı nəticələrə gətirib çıxardar.Elmar Vəliyev korrupsiya bəhanəsilə Elman Məmmədova qarşı cinayət işi qaldıraraq onun vəzifəsinə Gəncə şəhərində xitam verdirib.

Son məlumatlara əsasən Elman Məmmədovun şəhərin mərkəzində yerləşən mənzil binası polis nəfərləri tərəfindən mühasirəyə alınaraq,yaşadığı evin qarşısında başqa bir yerə qaçmaması üçün post-patrul xidməti durur.İnanmıramkı Elman Məmmədovu cinayətkar hesab edib həbsə atalar.Sübutum isə sabiq millət vəkili Gülər Əhmədova olayıdır.Hələdə xanım millət vəkili əlini-qolunu sallayaraq doqquz milyonluq xalqın qarşısında sərbəst gəzir.

Elman Məmmədovun aqibətini istintaq gedişinin nəticəsi göstərəcək.Sözlərimin yekun nəticəsi budur:hər şeydən uca və böyük Allah durur.O,hər şeyi görür,eşidir lazım gəldikdə bu cür insanları layiqli cəzasına çatdıracaq inşəallah!

İSLAMTİMES - MAHİR RÜSTƏMOV
Source : İslamtimes
Comment


Azerbaijan
salam elmar elman eldar mubariz hamisi kafirdir
Azerbaijan
cox ela islamtimes.org tesekkurler
Azerbaijan
Elmar Vəliyev gözlərini torpaq doydursun
Azerbaijan
Elman muellimi yaxsi taniyiram alcaqliqda tayi-beraberi yoxdur cox ela oldu isden atilmagi
Azerbaijan
Elmar kimiləri yalnız şeytana xidmət göstərər xalqa yox