QR CodeQR Code

Onun 575.591 heykəli pərdə arxasındadır

20 Dec 2012 09:25

IslamTimes - Heykəl yaxşı ya pis şeydir, dursun bir yana. Əsas odur ki heykəli kim qoyur...


Heykəl yaxşı ya pis şeydir, dursun bir yana. Əsas odur ki heykəli kim qoyur. Əgər xalq qoyursa, təmənnasız, partiya mənsubiyyəti olmayan insanlar qoyursa bəlkə buna göz yummaq olar. Əgər nökərlər, qullar, saray məmurları, övladlar qoyursa…
Hazırda dünyanın 15-ə yaxın ölkəsində paytaxt şəhərlərdə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin heykəlləri ucaldılıb. İraq və Qırğızıstanda da heykəllərin qurulması və parkların yaradılması nəzərdə tutulur - yazır AR.
Amma H. Əliyevin daş qəlblərdə qoyulmuş heykəlləri daha çoxdur. Təkcə 2012-ci ilin birinci yarısında hakim Yeni Azərbaycan Partiyasına (YAP) 20.559 nəfər üzv qəbul edilib. İyulun 1-i 2012-ci ilə olan məlumata görə, YAP üzvlərinin sayı 575.591 nəfər olub. Hər YAP-çı qəlbində (evində) bir heykəl qoyubsa demək biz heykəl sənayesində birinciyik. Bu zarafat!
Ən əsası bu heykəllərin xalqımıza qarşı mənfi münasibət yaratmasıdır. Meksika hara, Əliyev hara?! Nə üçün meksikalı ayağa qalxıb “bu heykəli ölkəmdən götürün”, deməlidir?! Bu bizə nə verir? Azrbaycanı tanıdır? Bəli, tanıdır, amma necə - bütpərəstlər ölkəsi kimi!

Sübhan
HaqqYolu


Story Code: 223024

News Link :
https://www.islamtimes.org/az/news/223024/onun-575-591-heykəli-pərdə-arxasındadır

Islam Times
  https://www.islamtimes.org