0
Saturday 22 December 2012 - 08:39

Obama tək qalır

Story Code : 223645
Obama tək qalır
Barak Obama Senatın beynəlxalq məsələlər komitəsinin sədri Con Kerrinin namizədliyini dövlət katibi postuna irəli sürüb.

Kerrinin dövlət katibi postuna təyin ediləcəyi barədə senatorun köməkçiləri keçən həftə məlumat vermişdilər. Bu vəzifəyə əvvəlki namizəd, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Süzan Rays öz namizədliyini ötən həftə geri götürmüşdü. Süzan Rays sentyabrın 11-də ABŞ-ın Benqazidəki konsulluğuna edilmiş hücum barədə keçirilən dinləmələrdə suallara cavab verərkən buraxdığı kobud səhvlər onun sözügedən vəzifəyə olan şanslarını sıfıra endirmişdi.

69 yaşlı Kerri 1985-ci ildən Senatdadır. 2004-cü ildə prezidentliyə namizədliyini irəli sürsə də Corc Buşa uduzub.

Obamanın ikinci prezidentliyi dövründə hökumət kabineti bir sıra dəyişikliklərə uğrayacaq. Müxtəlif böhranlar səbəbindən hazırkı dövlət katibi Hillari Klinton, maliyyə naziri Timoti Qaytner, Pentaqonun başçısı Leon Panetta və ədliyyə naziri Erik Holder hökumətdə iştirak etməyəcəklər.
Source : APA
Comment