QR CodeQR Code

Netanyahu: “BMT bizi maraqlandırmır”

Deyerler , 22 Dec 2012 15:50

IslamTimes - İsrail rejiminin qondarma baş naziri Binyamin Netanyaho, İsrail rejiminin Fələstində inşa etmək niyyətində olduğu qanunsuz tikintilərlə əlaqədar BMT baş katibi Pan Gi Munun etirazlarına cavab olaraq bildirib ki, BMT-nin etirazı onları maraqlandırmır


İsrail rejiminin televiziyasına müsahibə verən Netanyahu Fələstinin Qərbi Şəriyə və Şərqi Qüds torpaqlarında inşa edəcəkləri yaşayış yerləri ilə əlaqədar dünyanın etirazlarının onlar üçün əhəmiyyətsiz olduğunu və İsrail rejiminin düz yolda addımladığını iddia edib.

“Bir yəhudi dövlətində yaşayırıq və İsrailin paytaxtı Qüdsdür. Buranı işğal etməmişik, bu ərazilər bizimdir. Qüdsdə inşa işləri aparacağıq, çünki bu bizim haqqımızdır”, - deyə Netanyahu həyasızcasına cümləsini tamamlayıb.


Story Code: 223783

News Link :
https://www.islamtimes.org/az/news/223783/netanyahu-bmt-bizi-maraqlandırmır

Islam Times
  https://www.islamtimes.org