0
Saturday 22 December 2012 - 23:56

İsrail öz məqsədinə çatmayacaq

Story Code : 223936
İsrail öz məqsədinə çatmayacaq
İsrail öz məqsədinə çatmayacaq
Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq deyib: “Biz İsraili qeyri qanuni məskunlaşma planı ilə beynəlxalq qanunları pozduğu və regionda sülhə və stabilliyə təhlükə yaratdığı üçün ciddi şəkildə tənqid edirik. ”

Bəyanatda deyilir: “İsrail dərk etməlidir ki, o qeyri qanuni məskunlaşma həyata keçirməklə və beynəlxalq qanunların pozulması ilə nəticələnən digər siyasi gedişlər etməklə Fələstin ərazisindəki tarixi, mədəni və dini vəziyyəti dəyişmək haqqındakı hədəfinə çata bilməyəcək.”

Bəyanatda daha sonra deyilir: “Biz İsraili Yaxın Şərqdə daimi sülhün bərqərar olunması üçün beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərinə əməl etməyə və sülhü təhlükə altına alan bütün əməllərdən əl çəkməyə çağırırıq.”

Ankara həmçinin beynəlxalq ictimaiyyəti İsrailin bu qeyri qanuni hərəkəti qarşısında tədbir görməsini tələb edib.

Bəyanatın sonunda deyilir: “Türkiyə İsrailin beynəlxalq qanunları pozması qarşısında həmişə Fələstin xalqının yanında olacaq.”

Çərşənbə günü İsrail işğal edilmiş Qərb Sahilində və Şərqi Qüdsdə 1048 yeni məskunlaşma əraziləri salmaq üçün tender élan edib.
1967-ci ildən bəri İsrail işğal edilmiş Fələstin torpaqları olan Qərb Sahili və Şərqi Qüdsdə saldığı 120 qeyri qanuni məskunlaşma ərazisində yarım milyon İsrailli yaşayır.
Source : İslamtimes
Comment