QR CodeQR Code

Araşdırma: ABŞ vətəndaşlarının əksəriyyəti aclıq və evsizlikdən əziyyət çəkirlər

İslamtimes , 23 Dec 2012 00:17

İslamtimes - Yenicə dərc edilmiş araşdırmada deyilir ki, ABŞ vətəndaşları içərisində aclıq və evsizliyin səviyyəsi xeyli artıb.


islamtimes.org/az/ - ABŞ Merlər Konfransı tərəfindən aclıq və evsizlik haqqında verilən illik hesabatda göstərilir ki, 2011-ci ildən bəri ABŞ-ın 25 böyük şəhərlərində evsiz insanların sayı 7% artıb.

Həmçinin deyilir ki, ac insanların təxminən 20%-nə heç bir kömək edilmir və sosial yardım xidmətləri də onları əli boş şəkildə yola salır.

Hesabatda bildirilir ki, ərzaq yardımı axtaranların yarısı ailələr və 9%-i isə evsizlərdir.

Araşdırma nəticəsində həmçinin aşkarlanıb ki, müvafiq yaşayış yerlərinin çatışmazlığı, kasıblıq və işsizlik ailələrin uşaqları ilə birlikdə evsiz qalmasının əsas səbəblərindən biridir.

Aşağı gəlir və yüksək yaşayış xərcləri aclığın əsas səbəbləri kimi göstərilir.

Aşeville Meri Terry Bellami deyib: “Biz gözləyirdik ki, aparılan milli iqtisadi islahatlar ölkədəki aclıq və evsizlik haqqında olan rəqəmləri azaltsın, ancaq nəticələr tam əksinə oldu.”

O həmçinin qeyd edərək bildirib ki, əgər Vaşinqton bu problemlərə tez bir zamanda həll yolu tapmasa, bu zaman fövqəladə ərzaq və ev yardımı proqramlarını həyata keçirmək lazım olacaq.


Story Code: 223941

News Link :
https://www.islamtimes.org/az/news/223941/araşdırma-abş-vətəndaşlarının-əksəriyyəti-aclıq-və-evsizlikdən-əziyyət-çəkirlər

Islam Times
  https://www.islamtimes.org