0
Sunday 23 December 2012 - 00:26

İran telekanallarının sıxışdırılması onun həqiqəti deməsindən irəli gəlir

Story Code : 223942
İran telekanallarının sıxışdırılması onun həqiqəti deməsindən irəli gəlir
İran telekanallarının sıxışdırılması onun həqiqəti deməsindən irəli gəlir
Islam times.org/az/ - Press TV-yə müsahibə verən siyasi şərhçi Muhsin Saleh deyib: “Press TV-nin Nyu York və ABŞ-ın digər bölgələrində baş verən etirazların 99%-ni nümayiş etdirməsi Amerikanların, kapitalistlərin və materialistlərin xoşuna gəlmir və onlar digərlərinin bu məsələ haqqında fikirlərini eşitmək istəmirlər.”

Söz azadlığının pozulması halı olaraq cümə günü İspaniyanın Hipsat peyk təchizatçısı Press TV və Hispan TV-ni peyk vasitəsilə yayımlanmasına qadağa qoyub.

Saleh deyib: “Mən fikirləşirəm ki, bu cür addım dünyanın hər bir yerindən olan hər hansı bir partiya və yaxud insanın əsas hüquqları olan söz azadlığının pozulmasıdır. Bu səbəbdən də İran kanalları Amerika və Avropanı elə öz qanunlarına istinad edərək məhkəməyə müraciət edə bilər.”

O daha sonra qeyd edərək bildirib ki, Qərb dövlətləri digər insanların onlar haqqında fikirlərinə dözə bilmirlər və digərlərinin onların məsələləri haqqında öz fikir və mülahizələrini bildirmələrinə nifrət ilə yanaşırlar.
Source : İslamtimes
Comment