QR CodeQR Code

Rusiya prezidenti: Suriyalılar öz talelərini özləri həll etməlidir

İslamtimes , 23 Dec 2012 00:31

İslamtimes - Rusiya prezidenti Vladimir Putin deyib ki, Suriyadakı münaqişəyə son qoymaq üçün çıxarıla biləcək hər bir qərar Suriyalıların özləri tərəfindən edilməli və bütün partiyalar bu prosesin tərkibinə daxil olmalıdır.


islamtimes.org/az/ - Putin bu açıqlamanı cümə günü Brusseldə Avropa Birliyi Rəhbərlərinin birgə təşkil olunmuş mətbuat konfransında edib.

O Suriya xalqının iradəsini özündə əks etdirən demokratik quruluşun yaradılmasını və Suiryada sülhün bərqərar edilməsi üçün siyasi danışıq proseslərin lazımlığını vurğulayıb və deyib ki, Rusiya Ərəb ölkəsində münaqişə və xaosun olmasını istəmir.

Rusiya prezidenti deyib ki, Moskva Suriyadakı böhranı məsələsində Avropa Birliyi ilə fərqli görüşlərə sahibdir və Moskva bu məsələnin dialoq vasitəsilə həll edilməsinin tərəfdarıdır.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir.

Suriya hökumətinin bildirdiyinə görə ölkədəki xaosa səbəb xaricdən dəstəklənən silahlı üsyançılardır və bu üsyançıların əksəriyyəti də xarici vətəndaşlardan ibarətdir.


Story Code: 223946

News Link :
https://www.islamtimes.org/az/news/223946/rusiya-prezidenti-suriyalılar-öz-talelərini-özləri-həll-etməlidir

Islam Times
  https://www.islamtimes.org