0
Sunday 23 December 2012 - 00:31

Rusiya prezidenti: Suriyalılar öz talelərini özləri həll etməlidir

Story Code : 223946
Rusiya prezidenti: Suriyalılar öz talelərini özləri həll etməlidir
Rusiya prezidenti: Suriyalılar öz talelərini özləri həll etməlidir
Islam times.org/az/ - Putin bu açıqlamanı cümə günü Brusseldə Avropa Birliyi Rəhbərlərinin birgə təşkil olunmuş mətbuat konfransında edib.

O Suriya xalqının iradəsini özündə əks etdirən demokratik quruluşun yaradılmasını və Suiryada sülhün bərqərar edilməsi üçün siyasi danışıq proseslərin lazımlığını vurğulayıb və deyib ki, Rusiya Ərəb ölkəsində münaqişə və xaosun olmasını istəmir.

Rusiya prezidenti deyib ki, Moskva Suriyadakı böhranı məsələsində Avropa Birliyi ilə fərqli görüşlərə sahibdir və Moskva bu məsələnin dialoq vasitəsilə həll edilməsinin tərəfdarıdır.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir.

Suriya hökumətinin bildirdiyinə görə ölkədəki xaosa səbəb xaricdən dəstəklənən silahlı üsyançılardır və bu üsyançıların əksəriyyəti də xarici vətəndaşlardan ibarətdir.
Source : İslamtimes
Comment