0
Sunday 23 December 2012 - 00:44

Türk tələbələr NATO-nun Patriot raket sisteminə yox deyiblər

Story Code : 223948
Türk tələbələr NATO-nun Patriot raket sisteminə yox deyiblər
Türk tələbələr NATO-nun Patriot raket sisteminə yox deyiblər
Islam times.org/az/ - Nümayiş zamanı tələbələr NATO-nun bayrağını yandırmış və ABŞ və Almaniya əleyhinə şüarlar səsləndirmişdilər.

Cümə gününün əvvəllərində Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan élan edərək bildirib ki, altı patriot raketi Qaziantəpə, Qəhrəmanmaraş və cənubi Türkiyənin Adana şəhərində yerləşdiriləcək.

NATO təzəlikcə élan edərək bildirib ki, bu altı raket sistemi Türkiyəni Suriyadan ola biləcək mümkün raket zərbələrindən qoruyacaq.

ABŞ və Almaniya iki Patriot batareyasını və hər birini də 400 qoşun dəstəsi ilə təmin edəcəklər. Niderland isə 360 qoşun dəstəsi və digər iki batareyanı təmin edəcək.

Qoşun hissələrindən bəziləri artıq Türkiyəyə gəliblər, ancaq raket sistemi tam şəkildə gələn ayın sonuna qədər quraşdırılacaqdır.

Adının açıqlanmadığı NATO rəsmisinin bildirdiyinə görə hər bir patriot batareyasının ortalama 12 raket atıcısı var.

12 Noyabrda Türkiyə rəsmi şəkildə olaraq NATO müttəfiqlərinə müraciət edərək Suriya ilə sərhədlərini qorumaq üçün orada Patriot raket sisteminin quraşdırılmasını tələb etmişdir.

4 Dekabrda NATO patriot raket sistemini Türkiyədə quraşdırılmasına razılıq vermişdir.

Bu arada Rusiya bildirib ki, NATO-nun raket sistemini Türkiyə Suriya sərhəddində yerləşdirmək üçün Ankarının üzləşə biləcəyi təhlükə süni şəkildə şişirdilir.
Source : İslamtimes
Comment