0
Sunday 23 December 2012 - 08:12

İtaliya prezidenti parlamenti buraxıb

Story Code : 223989
İtaliya prezidenti parlamenti buraxıb
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Corco Napolitano jurnalistlərlə görüşdə deyib ki, bu qərar əsas siyasi partiya liderləri ilə hökumət böhranı ilə bağlı məsləhətləşmələrdən sonra qəbul olunub.

Qeyd edək ki, prezident cümə günü baş nazir Mario Montinin istefasını qəbul edib.

Gözlənilir ki, yeni parlament seçkiləri 2013-cü ilin fevralın 24-də keçiriləcək.
Comment