QR CodeQR Code

Pakistanlı nazir: Ayətullah Xamenei bütün dünya müsəlmanlarının rəhbəridir

İslamtimes , 23 Dec 2012 20:39

Islamtimes - Pakistanın Milli Tənzimləmə və Xidmətlər naziri Firdous Aşiq Aşan Pakistan xalqının İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneiyə qarşı bütün dünya müsəlmanların rəhbəri kimi dərin bağlılığını və məftunluğunu çatdırıb.


islamtimes.org/az/ - Şənbə günü Tehranda İranın Mədəniyyət və Turizim İdarəsinin rəisi Şərif Mələkzadə ilə görüşən Aşiq Aşan deyib: “Biz və Pakistan hökuməti İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneini həqiqətdə bütün dünya müsəlmanlarının rəhəbri kimi tanıyırıq.”

O əlavə edərək deyib: “Ayətullah Xamenei Pakistan xalqının da rəhbərliyini öz əlinə ala bilər, çünki Pakistan xalqı İslam İnqilabının Rəhbərini tam səmimi qəlb ilə sevirlər.”

Digər Pakistanlı nümayəndələr də həmçinin Ayətullah Xameneinin Müsəlman dünyasındakı nüfuzlu rolundan və üstün xarakterlərindən danışıblar.

2011-ci ilin senntyabr ayında Pakistan Şiələrinin lideri Əllamə Seyyid Nəqvi regionda İslami Oyanışın baş verməsində Ali Rəhbər Ayətullah Seyyid Əli Xameneinin rolunu alqışlamışdır.


Story Code: 224201

News Link :
https://www.islamtimes.org/az/news/224201/pakistanlı-nazir-ayətullah-xamenei-bütün-dünya-müsəlmanlarının-rəhbəridir

Islam Times
  https://www.islamtimes.org