0
Monday 24 December 2012 - 06:40

Bu da Qərb və Türkiyənin dəstəklədiyi "Əsəd müxalifləri"

Story Code : 224327
Bu da Qərb və Türkiyənin dəstəklədiyi "Əsəd müxalifləri"
Ukrayna vətəndaşı Anhar Koçnevanı girov saxlayan Suriyadakı terroristlər jurnalistin edamını dekabrın 26-dək ertələyiblər. Jurnalist Natalya Qumenyuk “Ukrainskaya pravda”nın bloqunda yazıb ki, yaraqlılar həmkarının azad edilməsi müqabilində 50 milyon dollar tələb edirlər. Bir həftədir ki, Ukrayna tərəfinin terroristlərlə əlaqə yaratmaması onları qəzəbləndirib.

Xatırladaq ki, Anhar Koçneva özlərini Azad Suriya Ordusu adlandıran terroristlər tərəfindən hələ oktyabr ayında oğurlanıb. Yaraqlılar Ukrayna tərəfinə dekabrın 13-nə kimi vaxt qoyaraq qadının azad edilməsi üçün 50 milyon dollar istəyiblər. Dekabrın 17-də tələblərinin yerinə yetirilmədiyini görən yaraqlılar ayın 17-də edamı müvəqqəti təxirə saldıqlarını bəyan ediblər.
Source : AzNews
Comment