QR CodeQR Code

Suriyalı qızlar ərəb şahzadələri caynağında

24 Dec 2012 09:09

IslamTimes - Bir sıra qruplar Səudiyyə Ərəbistanı və Qatar başda olmaqla ərəb şahzadələri ilə müzakirələr apararaq, yetkinlik yaşına çatmamış suriyalı qızları bu şahzadələrlə nikaha məcbur edirlər.


"IslamTimes" ərəb dilli KİV-ə istinadən xəbər verir ki, son günlər vətənlərinə terrorist axını üzündən İordaniya kimi ölkələrə sığınan suriyalılar barədə müxtəlif xəbərlər yayılır. Bildirilir ki, bir sıra qruplar Səudiyyə Ərəbistanı və Qatar başda olmaqla ərəb şahzadələri ilə müzakirələr apararaq, yetkinlik yaşına çatmamış suriyalı qızları bu şahzadələrlə nikaha məcbur edirlər.

Həmçinin digər xəbərdə bildirilir ki, son zamanlar İordaniyada yaşayan Səudiyyə Ərəbistanı və Qatar vətəndaşları bu ölkədə yerləşən səfirliklərinə müraciət edərək suriyalı qızlarla evlənmək haqqı istəyiblər. Uyğun məsələnin İordaniyada olan ərəblər arasında bir çox münaqişələrə səbəb olduğu xəbər verilir.

Məlumatlardan aydın olur ki, Suriya torpaqlarına silah, terrorist göndərməklə bu ölkədə qarşıdurmları alovlandırmağa çalışan Səudiyyə və Qatar şahzadələri uyğun əməlləri ilə kifayətlənməyib, indi də suriyalı qızların canına susayıblar.


Story Code: 224334

News Link :
https://www.islamtimes.org/az/news/224334/suriyalı-qızlar-ərəb-şahzadələri-caynağında

Islam Times
  https://www.islamtimes.org