0
Monday 24 December 2012 - 10:07

Netanyahu Suriyada hakimiyyəti devirmək niyyətindədir

Story Code : 224337
Netanyahu Suriyada hakimiyyəti devirmək niyyətindədir
İşğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahu deyib: "Biz hazırda ABŞ-la əməkdaşlıq edirik və Beynəlxalq İctimaiyyətin dəstəyi ilə Suriyada hakimiyyətin devrilməsi üçün lazımlı addımlar atılır."

Sionist rejim son vaxtlar Suriya hakimiyyətinin kimyəvi silahdan istifadə edəcəyi şayiəsi ilə dünya xalqlarını bu dövlətə qarşı çıxarmaq niyyətindədir. İsrail rəsmiləri Suriyanın kimyəvi silahdan təkcə İsrailə qarşı deyil, bütün dünyaya qarşı istifadə edəcəyini iddia edir.

Suriya hakimiyyəti isə bu gülünc iddiaları rədd edərək uyğun silahlardan heç vaxt istifadə edilməyəcəyini bildirib. Rəsmi Dəməşq bir sıra ölkələrin Suriyadakı terroristlərə kimyəvi silah göndərmək niyyətində olduğunu bildirib. Onlar bu hiylə ilə Suriya hakimiyyətinin terroristlərə qarşı adı çəkilən silahdan istifadə etdiyini sübut etmək istəyirlər.

Suriyanın BMT-dəki nümayəndəsi Bəşar əl-Cəfəri 17 dekabr tarixində bu təşkilata məktub ünvanlayaraq bildirib ki, Suriya dövləti terroristlərin xalqa qarşı kimyəvi silahlardan istifadə edərək bu cinayətin məsuliyyətini dövlətin adına yazacağından nigarandır.
Comment