0
Monday 24 December 2012 - 10:30

Səudiyyəli məhbusların 70%-i ali təhsillidir

Story Code : 224343
Səudiyyəli məhbusların 70%-i ali təhsillidir
"IslamTimes" "Ər-Riyaz" qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin yaydığı bəyanata əsasən bu ölkədə məhbusların 90%-i işsiz, 70%-i ali təhsilli vətəndaşlardır.

Ər-Riyaz qəzeti 2 il öncə açıqlanan bu hesabata işarə ilə bildirib ki, bu günədək uyğun problemin həlli ilə bağlı heç bir addım atılmayıb.

Bu ölkədə diktatura rejiminə etiraz edənlər vəhşicəsinə susdurulur, şəxsi mənafeini güdən bir sıra məmurlar ölkəyə xarici ölkələrdən işçi qüvvələr cəlb edir. Dövlət hətta ali təhsilliləri belə işlə təmin etmir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı həbsxanalarında heç bir cinayət törətməmiş və mühakimə edilməmiş 35 siyasi məhbus var.

Bir ildən artıqdır ki, ölkənin bir çox şəhərlərində xalqın seçdiyi hakimin ölkə başçısı olması tələbi ilə aksiyalar keçirilir.
Comment