0
Monday 24 December 2012 - 11:44

Minlərlə Türk Ərdoğanın Suriya siyasətinə öz etirazını bildirib

Story Code : 224381
Minlərlə Türk Ərdoğanın Suriya siyasətinə öz etirazını bildirib
Minlərlə Türk Ərdoğanın Suriya siyasətinə öz etirazını bildirib
Islam times.org/az/ - Şənbə günü Antakyada etirazçılar baş nazir Rəcəb Tayyib Ərdoğanın Dəməşqə qarşı siyasətini tənqid ediblər.

Paytaxt Ankaradakı etirazçılar da həmçinin hökumət əleyhinə şüarlar səsləndirmiş və əllərində Ərdoğanın Ədalət və İnkişaf partiyasını Suriyada baş verə biləcək qırğına görə günakar bildiklərini nümayiş etdirən plokatlar tutmuşdular.

Türkiyə Suriya daxilindəki üsyançıları dəstəkləyən ölkələrdən biridir. Ankara Suriya ilə sərhəd ərazisində anti-Dəmşəq üsyançılarını hərbi təlimlər ilə təmin edir.
2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir.

Bəşər Əsəd hökuməti deyir ki, Suriyadakı münaqişəyə səbəb xaricdən dəstək alan və idarə olunan silahlı üsyançılardır və əldə olan sübutlara əsasən üsyançıların əksəriyyəti xarici döyüşçülərdən ibarətdir.

Qərb dövlətləri və onların müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistan və Türkiyə kimi ölkələrin dəstəklədiyi silahlı üsyançılar artıq 21 aydır ki, Bəşər Əsəd hökumətini yıxmaq üçün mübarizə aparırlar.
Source : İslamtimes
Comment