0
Monday 24 December 2012 - 12:04

Bir Bakı qəzeti: Azərbaycan R-da İran banklarının fəaliyyətinə son veriləcək

Story Code : 224396
Bir Bakı qəzeti: Azərbaycan R-da İran banklarının fəaliyyətinə son veriləcək
Bir Bakı qəzeti: Azərbaycan R-da İran banklarının fəaliyyətinə son veriləcək
Gündəm xəbər qəzeti rəsmi Vaşinqtonun İranla əməkdaşlıq etməmək üzrə istəklərini Rəsmi Bakıya çatdırmaq üçün amerikalı bir rəsminin Bakıya olan səfərinə işarə edərək, belə yazıb: “ Qarşıdan gələn bir neçə aya qədər Azərbaycan Respublikasında İran banklarının fəaliyyətinə tam şəkildə son veriləcək !”

Bakıda yayımlanan bu qəzet İranla iqtisadi əlaqələri kəsmək üzrə Vaşinqtonun Bakıdan qeyri-məntiqi istəyini əsaslandıraraq, belə yazıb: “Vaşinqton Tehranla əlaqələri kəsmək istiqamətində başqa ölkələrə bəzi təkliflər irəli sürüb və İranla bank mübadilələrini məhdudlaşdırmaq haqda özü ilə müttəfiq olan ölkələrə tövsiyə xarakterli məktublar göndəribdir. Azərbaycan Respublikası da İranla bank mübadilələrini məhdudlaşdıran ölkələr sırasındadır. Azərbaycanın Mərkəzi Bankı 2012-ci ilin ortalarından İranla bank mübadilələrini məhdudlaşdırmaq istiqamətində ticarət fəaliyyətlərinə malik olan banklara tövsiyə xarakterli fəaliyyət bildirişləri göndərdi və nəticə də İranın Milli Bankının Azərbaycan Respublikasındakı fəaliyyəti məhdudiyyətlə üzləşdi. Hazırda Azərbaycanla İran arasındakı bank mübadilələri praktiki olaraq, mümkün olan ən aşağı səviyyədədir və bu fəaliyyət ümumiyyətlə nağd ödənişlər formasında həyata keçirilir”.

Bakıda çıxan bu qəzet Bakının Amerikanın qeyri-qanuni istəklərinə baş əyməsini əsaslandırmaq üçün belə əlavə edib: “ Azərbaycan Respublikası dövləti Amerika ilə əlaqələrinin zərbə almaması üçün belə məhdudiyyətlər tətbiq etməyə məcburdur və bu proses təqribən altı aydır ki, Azərbaycanda həyata keçirilməkdədir. Çox ehtimal ki, İranın Milli Bankının Azərbaycan Respublikasındakı fəaliyyəti yaxın gələcəkdə tam şəkildə dayandırılsın və 2013-cü ildə heç bir İran bankının Azərbaycanda fəaliyyət göstərməsini gözləmək olmaz”.

Bakının İranla əlaqələrini məhdudlaşdırmaq haqda Amerikanın istəklərinə təslim olması elə bir haldadır ki, İran İslam Respublikası indiyə qədər tam rahatlıqla Amerikanın sanksiyalarını arxada qoyubdur və Amerikanın embarqolarına rəğmən başqa ölkələrlə iqtisadi və ticarət əlaqələrini genişləndiribdir.

Rəsmi Bakı son zamanlar Amerika və sionist rejimin tövsiyələrinə əməl etmək çərçivəsində İranla sərhəd gediş-gəlişi üzrə asanlaşdırma qanununu ləğv etdi. Rəsmi Bakının bu hərəkəti, Azərbaycan Respublikasının Xarici Siyasətinin Amerika və sionist rejimə bağlılığının başqa göstəricisi kimi dəyərləndirilibdir.
Source : İrab
Comment