QR CodeQR Code

İsrail Suriya hökumətini devirməyə hazır olduğunu deyib

İslamtimes , 24 Dec 2012 18:30

İslamtimes - İsrail baş naziri Benyamin Netanyahu deyib ki, Tel Əviv Suriya hökumətini devirmək üçün hazırdır.


islamtimes.org/az/ - Bazar günü Netanyahu deyib: “Biz ABŞ və beynəlxalq ictimaiyyət ilə Suriyada olan həssas silahların nəticəsini nəzərə alaraq rejim dəyişikliyi üçün atılacaq vacibi addımlara özümüzü hazırlayırıq.”

Keçən bir neçə həftə ərzində İsrail rəsmiləri çalışdılar ki, Suriyadakı kimyəvi silahları gündəmə gətirərək bu silahların tək İsrail üçün deyil, həmçinin beynəlxalq ictimaiyyət üçün də təhlükəli olduğunu göstərməsin.

Suriya Qərbin iddia edərək Dəməşqin kimyəvi silahlardan üsyançılara qarşı istifadə edəcəyini bildirməsini rədd etmiş və bildirmişdir ki, hökumət müəyyən dövlətlərin bu cür silahları terroristlərin əlinə verəməsindən çox narahatdır.

17 Dekabrda Suriyanın BMT-dəki nümayəndəsi Bəşər Cəfəri BMT Təhlükəsizlik Şurasına və BMT baş katibi Ban Ki-muna ünvanladığı məktubda deyib ki, xaricdən dəstək alan üsyançılar kimyəvi silahdan istifadə edərək onu hökumətin üzərinə yıxa bilər.

Dəməşq çox narahatdır ki, Suriyanın düşmənləri bu növ silahları üsyançıların əlinə versin və onlarda bundan istifadə edərək günahı hökumətin üstünə yıxsın.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Ordu və Təhlükəsizlik qüvvələri də daxil olmaqla münaqişə nəticəsində xeyli insan həlak olub.

Suriya hökuməti ölkədəki münaqişəyə səbəb kimi xaricdən dəstək alan silahlı üsyançıları göstərir və üsyançıların əksəriyyətinin xarici vətəndaşlar olması haqqında xeyli sübut var.


Story Code: 224491

News Link :
https://www.islamtimes.org/az/news/224491/israil-suriya-hökumətini-devirməyə-hazır-olduğunu-deyib

Islam Times
  https://www.islamtimes.org