QR CodeQR Code

Seyyid Nəsrullah Səlahəddin Özgündüzü qəbul edib

Azadxeber.org , 24 Dec 2012 22:30


Türkiyənin Zeynebiye.com saytının məlumatına görə, səmimi şəraitdə gerçəkləşən görüşdə iki lider müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi ediblər

Dünya Cəfəri Alimlər Birliyi İdarə Heyətinin üzvü Şirəli Bayatın da iştirak etdiyi görüş beş saat davam edib. Cənab Bayat sayta bildirib ki, Özgündüzü olduqca səmimi şəkildə qarşılayan Hizbullah lideri bunları söyləyib: “İllərdir bu anı gözləyirdim, illər öncə Sizin təşkil etdiyiniz Ümumdünya Aşura Matəm Mərasimini izlədim, gözyaşlarımı saxlaya bilmədim. Çıxışınızı tətcümə etdirdim. Sizin siyasətinizi çox doğru sayıram, məsələlərə hakimsiniz. Çalışmalarınız da cəsarətlidir. Dərin görüşləriniz və sözləriniz çox hikmətli idi. Elə həmin gündən bəri Sizinlə görüşmək arzusunda idim”.
İki lider bölgədə müsəlmanları bir-birinə qarşı qoyan sionist siyasətinin qarşısını almaq, sabitliyi bərpa etmək məqsədilə atılacaq addımları da müzakirə ediblər. Hizbullah lideri bu məsələlərdə Türkiyə Cəfərilərinin liderilə həmfikir olduğunu vurğulayıb.
Özgündüz görüşdə Türkiyə xalqının nəcib bir millət olduğunu, İsrailin dəyirmanına su daşıyacaq oyunlara getməyəcəyini söyləyib.
Türkiyənin bir əşirət dövləti olmadığını, bu rahatlıqla oyuna getməyəcəyini qeyd edən Türkiyə Cəfərilərinin lideri NATO üzvü olmasından irəli gələrək bəzi addımlar atmasına baxmayaraq, ümumilikdə Türkiyənin sionistlərin planlarına uyğun davranmayacağını vurğulayıb. O, bunları əlavə edib: “Türkiyədə neft dollarlarının çox sərf edildiyinə rəğmən, türk milləti fanatizmə düşməmiş, bundan da sonra düşməyəcəkdir”.


Story Code: 224568

News Link :
https://www.islamtimes.org/az/news/224568/seyyid-nəsrullah-səlahəddin-özgündüzü-qəbul-edib

Islam Times
  https://www.islamtimes.org