QR CodeQR Code

Terror təşkilatı bəraət aldı

Teleqraf , 25 Dec 2012 06:25

IslamTimes - Kanada İranın "Münafiqlər" silahlı qrupunu terrorçu təşkilat siyahısından çıxarmağa qərar verib


Kanada İranın özlərini "Mücahedine-Xəlq" ("Xalq Mücahidləri") adlandıran silahlı qruplaşmasını terrorçu təşkilatlar siyahısından çıxarmağa qərar verib.

Rəsmi Ottavanın bu qərarından sonra Tehran Kanadanı beynəlxalq öhdəliklərini pozmaqda ittiham edib.

İran rəsmiləri bildirib ki, bu qərar beynəlxalq təhlükəsizliyi və sülhü şübhə altında qoyur. Sözügedən silahlı qrup on altı min İran vətəndaşının öldürülüb və İslam Respublikasının bir neçə liderinə sui-qəsd təşkil edib.

Həmçinin bildirilir ki, təşkilat 1970-ci ildə İranda ABŞ vətəndaşlarını öldürüb və 1992-ci ildə ABŞ-ın bir neçə ştatında terror əməliyyatı həyata keçirib.

1979-cu ildə İranda inqilab baş verdikdən sonra İraqın sabiq prezidenti Səddam Hüseyn qrupun üzvlərinə İraqda sığınacaq verib.


Story Code: 224645

News Link :
https://www.islamtimes.org/az/news/224645/terror-təşkilatı-bəraət-aldı

Islam Times
  https://www.islamtimes.org